Ru
Bakı
USD
EUR
GBP
RUB

“Akademik Həmid Araslının folklorşünaslıq irsi” kitabı çapdan çıxıb

news photo

06.02.2019 17:00 // Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Vüsal Səfiyevanın “Akademik Həmid Araslının folklorşünaslıq irsi” kitabı çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildirilib ki, kitabda nəzəri-metodoloji baza kimi folklor və yazılı ədəbiyyat münasibətlərinin öyrənilməsinin Azərbaycan, rus və dünya elmindəki uğurlarına istinad edilib. AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev kitaba “Akademik dəstxətə məhəbbətlə” sərlövhəli giriş sözü yazıb.

Kitabın “Azərbaycan folklorunun tarixi və nəzəri problemlərinin araşdırılması” adlı birinci fəslində Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqi tarixində Həmid Araslının yeri və alimin elmi irsində aşıq şeirinin və dastanların tədqiqi məsələləri geniş şərh edilib.

İkinci fəsil “Yazılı ədəbiyyat ilə şifahi xalq ədəbiyyatının əlaqə və münasibətləri problemi”nə həsr olunub. Fəsildə elmi-nəzəri ədəbiyyatda bu problemin qoyuluşu və alimin ədəbiyyatımızın qədim və orta əsrlər dövrü ilə bağlı müfəssəl fikirləri, apardığı məhsuldar araşdırmalarda gəldiyi qənaətləri elmi baxımdan əsaslandırılıb. Həmid Araslı klassik ədəbiyyatımızın və folklorumuzun yorulmaz tədqiqatçısı kimi araşdırılıb.

“Folklor örnəklərinin və ədəbi abidələrin nəşrə hazırlanması və şərhi məsələləri” adlı üçüncü fəsildə Həmid Araslının mətnşünaslıq fəaliyyəti tədqiq olunur, alimin “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposunu nəşrə hazırlaması, onlara yazdığı şərhlər haqqında geniş araşdırma aparılır.

Kitabda Həmid Araslının ədəbiyyatşünaslıq, folklorşünaslıq, xüsusən də dastanşünaslıq sahəsindəki fəaliyyətinin araşdırılması nəticəsində alimin şifahi xalq ədəbiyyatımıza baxışının, dastanlarımızın həm tarixi, həm də ideya-sənətkarlıq özəllikləri barədə görüşlərinin Azərbaycan ədəbiyyatşünaslıq elmindəki yeri göstərilib və digər bu kimi məsələlərə aydınlıq gətirilib.

Kitab dissertantlar, filoloqlar, ali məktəb tələbələri üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi