Ru
Bakı
USD
EUR
GBP
RUB

"Ailə Bir Dövlətdir" düşərgəsi baş tutub (FOTO)

news photo

05.04.2019 11:34 // Gənclər üçün

8-10 fevral tarixlərində Şəki şəhərində "Ailə Bir Dövlətdir" düşərgəsi baş tutub. 

Youthportal.az xəbər verir ki, Azərbaycan Gənclər Fondu XI qrant müsabiqəsinin qalibi olan layihə Azərbaycan Gənclər Fondu tərəfindən maliyələşdirilib və dəstək alıb. Layihənin əsas vəzifələri ailə institutunda olan problemləri gənclərin iştirakı ilə müzakirə etmək, mövcud həll yollarını tapmaq idi. Layihə iştirakçıları aşağıdakı mövzular barədə müzakirələr və workshopda iştirak ediblər:

  • Ailədə valideyn və uşaqlar arasındakı münasibətin əhəmiyyəti 
  • Çətin iş həyatının ailə münasibətlərinə təsiri 
  • Ailə daxilində ünsiyyət və komnikasiya problemləri 
  • Tez-tez baş verən mübahisələr. Bunların daimi şəkil alması 
  • Məişət zorakılığı 
  • Ailə daxilində hörmət və sayğı hissinin azalması, rəftar zamanı kobudluq dərəcəsinin artması
  • Ailə bağlarında zəiflik, inam hissinin azalması və tədricən yox olması 
  • Erkən nikah və fəsadları
  • Gender stereotipləri və qadın zorakılığı 
  • Təlimçi və iştirakçılar arasında ictimai müzakirələr və s.

Həmçinin layihə çərçivəsində "Ailə Bir Dövlətdir" adlı kitabçanın tədimatı olub. Layihənin hər 3 günündə iştirakçılara və spikerlərə kitabçalar təqdim olunub. Və daha sonra kitabçanın müzakirəsi baş tutub.

8 fevral tarxində təşkilatçı komanda layihənin hədəf qruplarından biri olan məktəblilərlə görüşüb.Şəki şəhər 8 saylı orta məktəbdə layihənin açılışı baş tutub. Layihənin ilk günündə məktəb kollektivi fəal iştirak edib, bu mövzuda layihələrin vacibliyini qeyd edərək Gənclər Fonduna öz təşəkkürünü bildirib. Layihənin birinci sessiyasından sonra çay fasiləsində müəllimlər və şagirdlərin iştirakı ilə ictimai müzakirə baş tutub, şagirdlər maraqlı məqamlara toxunub,eyni zamanda sonda onlar "Ailə Bir Dövlətdir" adlı kitabça ilə təmin olunublar.

9 və 10 fevral tarixində layihənin hədəf qrupunu təşkil edən tələbələr, məzun gənclər və Şəki rayonunun ictimai fəal gəncləri ilə İ.S.Nakam adına kitabxananın kompleksində layihə öz işinə davam edib.

9 fevral tarixində layihənin iştirakçıları tələbələr və layihənin ilk günündən təsirlənən məktəblilər olub. Azərbaycan Ailə İnstitunun əsas probelmləri və göstəricilərinin dünya göstəriciləri ilə müzakirəsi baş tutub.İlk sessiyada təlimçi dünya və ölkə statistikalarının müqayisəsi ilə yanaşı bizlərə Şəki və regiondakı göstəricilər haqqında məlumatlar verdi.Eyni zamanda müzakirələr üçün maraqlı mövuzlar ortaya çıxarıldı. Çay fasiləsi zamanı müzakirələr daha da genişləndi, ardınca isə praktiki sessiya başladı.Və "Ailə Bir Dövlətdir" adlı kitabçasındakı mövzuların müzakirəsi baş tutdu.

10 fevral tarixində layihənin son günündə Elmir Məmmədəliyev spiker kimi gənclərlə Azərbaycan və Avropa ailəsini müqayisə və müzakirə etdi. Azərbaycan Ailə İnstitunun tarixinə toxunan spiker, həmçinin düzgün ixtisas və peşə seçiminə də toxunub.Bütün bu müzakirələr gənclər arasında maraqla qarşılanıb və onlar bu debate çay fasiləsində də davam elətdiriblər.

Praktiki sessiyada isə gənclər layihə ərzində öyrəndikləri bilgilər və öz baxışlarını da ortaya qoyaraq onlar qarşısına qoyulan keyzləri həll ediblər. Praktiki sessiyada həm də komanda quruculuğu oyunlarında iştirak edən gənclər ardınca mövzu ilə bağlı hazırlanmış 5 simulyasiyada iştirak edib. Sonda kitabçalar yeni iştirakçılara təqdim edilib və bağlanış mərasimi olub.

Layihə koordinatoru və təşkilatçı komanda etdiyi köməkliyə görə Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərova, Şəki şəhər İ.S.Nakam adına kitabxananın əməkdaşı Yaqut Sadıqovaya, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadovaya, Şəki rayon Debat Klubunun sədri Aysel Saqıqovaya və digərlərinə öz təşəkkürünü bildirirlər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi