Ru
Bakı
USD
EUR
GBP
RUB

Aİİ-nin kafedra müdiri Beynəlxalq Elmi Konfransda çıxış edib (FOTO)

news photo

16.10.2019 14:13 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov İraq Respublikasının paytaxtı Bağdad şəhərində “Beyt əl-Hikmə” Elm və Düşüncə Mərkəzi tərəfindən “İmam Əli ibn Əbu Talib (ə.s) iman, düşüncə və əməldir. Onun həyatından ilham alan islahatçı baxışlar” mövzusunda təşkil edilən Beynəlxalq Elmi Konfransda iştirak edib.

Aİİ-dən Youthportal.az-a bildirilib ki, İslam dininin görkəmli şəxsiyyətlərindən olan Həzrət Əli ibn Əbu Talibin (ə.s) elmi düşüncə tərzini, ictimai, siyasi, iqtisadi fəaliyyətini, təlim-tərbiyə metodunu, “Nəhcül-Bəlağə” əsəri üzərində aparılmış ədəbi, linqvistik, şərqşünaslıq və s. araşdırmaları əhatə edən Beynəlxalq Elmi Konfransda Azərbaycan, Türkiyə, İran, Tunis, Bəhreyn, Küveyt, Almaniya və digər ölkələrin müxtəlif elm-təhsil müəssisələrindən nüfuzlu alim və mütəxəssislər iştirak ediblər.

Konfransda dosent İlkin Əlimuradov “İmadəddin Nəsiminin poeziyasında İmam Əlini (ə.s) mədh motivləri (ədəbi tədqiqatlar və azərbaycanlı şərqşünasların araşdırmaları əsasında)” mövzusunda məruzə ilə çıxış edib.

İ.Əlimuradov çıxışında Azərbaycanın qədim tarixindən, mədəniyyətindən, alimlərimizin islam mədəniyyətinin formalaşmasındakı oynadıqları rolundan bəhs edib. Azərbaycanın ədəbi və tarixi irsinin öyrənilməsində ərəb dilinin əhəmiyyətini qeyd edən İ.Əlimuradov ərəb ölkələri ilə ölkəmiz arasında mövcud olan tarixi, ədəbi, elmi və mədəni əlaqələrin genişliyi haqqında tədbir iştirakçılarına məlumat verib. İ.Əlimuradov məruzəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından ətraflı şəkildə bəhs edib, müvafiq şeir nümunələrinə istinad etməklə, azərbaycanlı mütəfəkkirin İmam Əliyə (ə.s) həsr etdiyi mədhiyyələri ölkəmizin ədəbiyyatşünas və şərqşünas alimlərinin tədqiqatları əsasında şərh edib. Eyni zamanda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi İli” elan olunub.

Qeyd edək ki, İ.Əlimuradovun məqaləsi konfransa təqdim olunan 68 mövzu arasından seçilərək çap edilmiş 24 məqalədən biridir.

İ.Əlimuradov, eyni zamanda, tədbir əsnasında konfrans iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun yaranması, səmərəli fəaliyyəti haqqında məlumat verib, onları Aİİ-nin nəşrləri ilə tanış edib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi