Ru
Bakı
USD
EUR
GBP
RUB

Aİİ rektoru qəbul prosesini izlədi (FOTO)

news photo

19.08.2019 10:40 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunmuş tələbələrin avqustun 15-dən etibarən, qeydiyyat prosesi başlanıb. 2019/2020-ci tədris ilində birinci kurs tələbəsi sayılacaq şəxslər tələb olunan sənədləri İnstituta təqdim edərək qeydiyyatdan keçirlər.

Youthportal.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qəbul prosesini, sənədlərin qeydiyyatının gedişatını izləyib, həmçinin Aİİ nümayəndələri ilə söhbət edib.

Aİİ rəhbəri qəbula gələn valideynlərlə də görüşüb, övladlarının tələbə adı qazanması münasibətilə onları təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. Rektor ali təhsil müəssisəsi haqqında məlumat verərək, İnstitutda mövcud olan şəffaf müəllim-tələbə münasibətlərindən, gənclər üçün yaradılan imkanlardan, tədrisin hansı formada təşkilindən bəhs edib.

C.Məmmədov bildirib ki, qeydiyyatdan keçən tələbələrin bir çoxu yüksəkballı abituriyentlərdir: “Onlar arasında 500-dən artıq balla qəbul olunan gənclərimiz də var. Bu, sevindirici haldır. Onların bu sahəyə marağı təqdirəlayiqdir və ümid edirəm, hər biri sahələrinin peşəkar mütəxəssisi olacaq”.

Qeyd edək ki, sənədlərin qəbulu 27 avqust 2019-cu il tarixədək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Yasamal rayonu Əhməd Cəmil küç., 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır.

Məlumat üçün bildiririk ki, 2019/2020-ci tədris ili üzrə İnstituta qəbul planı birinci mərhələdən 100 faiz dolub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi