Ru
Bakı
USD
EUR
GBP
RUB

Aİİ “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” təşkil edir

news photo

24.01.2020 13:55 // Təhsil

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 3 fevral 2020-ci il tarixdən Qəbələ rayonunda “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” təşkil edəcək.

Aİİ-nin mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata əsasən, fevralın 8-dək davam edəcək layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Qəbələ rayonunda ucaldılan abidəsini, rayon Şəhidlər xiyabanını, Heydər Əliyev Mərkəzini, Konqres Mərkəzini, Qəbələ Arxeoloji Mərkəzini, Soltannuxa Kənd Türbəsini ziyarətlər və Cotari Kilsəsi ilə tanışlıq nəzərdə tutulub.

“Qış məktəbi” çərçivəsində tələbələr üçün “Azərbaycan multikulturalizminin siyasi-hüquqi əsasları”, “Dəyişən dünyada milli-mənəvi dəyərlər”, “Azərbaycanda xanəgahlar” və s. mövzularda məruzələrin, gənclərin dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin artırılması istiqamətində müxtəlif təlimlərin təşkil olunması nəzərdə tutulub. Eyni zamanda, “Qış məktəbi”ndə tələbələrin asudə vaxtının səmərəli təşkili üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Oxu”, “Vəhdət” və “Şəhadət” filmlərinin nümayişi və müzakirəsi təşkil olunacaq.

Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir. İnstitut tələbələrinin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Qeyd edək ki, “Qış məktəbi”nin təşkili tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından xüsusi əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi