Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ah, bu uzun sevda yolu” növbəti dəfə nümayiş ediləcək

news photo

12.01.2019 09:31 // Cəmiyyət

Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən “Ah, bu uzun sevda yolu” tamaşası təqdim olunacaq.

Youthportal.az xəbər verir ki, yanvarın 19-da baxılacaq səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları çıxış edəcək.

Digər xəbərlər

Xəbər lenti

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi