Ru
Bakı
USD
EUR
GBP
RUB

Ağır atletimiz Avropa birinciliyində bir qızıl və bir gümüş medal qazanıb (FOTO)

news photo

11.12.2019 12:18 // İdman

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Youthportal.az xəbər verir ki, 15 yaşadək atletlərin mübarizəsində Nurlan Məmmədzadə (73 kq) birdən qaldırma hərəkətində 115 kiloqram nəticə ilə beşinci yeri tutub. N.Məmmədzadə təkanla qaldırmada daha yaxşı çıxış edib. Atletimiz 145 kiloqramı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb. Yeniyetmə atletimiz bu çəkini qaldırmaqla, eyni zamanda, çıxış etdiyi yaş qrupunda bu çəki dərəcəsində təkanla qaldırma üzrə yeni Avropa rekordu müəyyənləşdirib. N.Məmmədzadə toplam 260 kiloqram (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.

Dekabrın 7-də start götürən və ayın 14-dək davam edəcək Avropa birinciliyinə 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi