Ru
Bakı
USD
EUR
GBP
RUB

Ağır atletika üzrə yığma komandamız İsraildə Avropa birinciliyində iştirak edəcək

news photo

05.12.2019 19:26 // İdman

Dekabrın 7-dən 14-dək İsrailin Eylat şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Youthportal.az-a bildirilib ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaqlar.

Yığmamızın baş məşqçisi Asif Məmmədovun rəhbərliyi altında Aişə Əliyeva, Selcan Qarayeva, Rəhilə Hüseynova, Leyla Qurbanlı, Kənan Rəhimov, Qasım İsmayılov, Elşən Məmmədov, Nurlan Məmmədzadə, Əvəz Tağıyev, Tehran Məmmədov, Rüstəm Qasımov, Ömər Cavadov, Samir Əskərzadə, Həsənağa Sahibov, İsa Həsənli, Tarmenxan Babayev, Əli Şükürlü və Rəhman Kazımov körpücük üzərinə çıxacaqlar.

Ədalət təmsilçisi olaraq İsraildə ölkəmizi beynəlxalq dərəcəli hakim Səbinə Rzayeva təmsil edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi