Ru
Bakı
USD
EUR
GBP
RUB

Ağcabədili gənclər narkomaniya və erkən nikahın fəsadları barədə məlumatlandırılıblar

news photo

13.12.2019 11:55 // Gənclər üçün

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında tələbələrlə narkomaniya və erkən nikahın fəsadlarına dair görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Youthportal.az-a bildiriblər ki, rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Qeyd edilib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.

Bərdə Regional Həkim Ambulatoriyasının rəisi, polis polkovnik-leytenantı Həbib Məmmədov narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. Eləcə də narkotik aludəçisi olan şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallar diqqətə çatdırılıb.

Ağcabədi rayon qadınlar şurasının sədri Radə Qafarova erkən nikahın səbəb olduğu problemlərdən söhbət açıb. Bildirib ki, hər bir gənc hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq olmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi