Ru
Bakı
USD
EUR
GBP
RUB

Ağcabədidə taekvondo üzrə rayon birinciliyində 107 idmançı iştirak edib

news photo

11.09.2019 12:02 // İdman

Ağcabədi Olimpiya İdman Kompleksində 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında taekvondo üzrə açıq rayon birinciliyi keçirilib.

Youthportal.az xəbər verir ki, birincilikdə Göyçay və Yevlax rayon komandaları da daxil olmaqla beş komandadan 107 idmançı iştirak edib.

Açıq rayon birinciliyi gərgin mübarizə şəraitində keçib və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar.

Yekunda ayrı-ayrı çəki dərəcələrində birinci, ikinci və üçüncü yerləri tutmuş taekvondoçulara Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi