Ru
Bakı
USD
EUR
GBP
RUB

Ağcabədidə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbir keçirilmişdir (FOTO)

news photo

19.11.2019 14:39 // Gənclər üçün

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən və UNİCEF-in birgə icra etdiyi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində GTM Qarabağ Regional Ofisi, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Ağcabədi Rayon Polis Şöbəsinin birgə əməkdaşlığı ilə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbirlərə start verildi.

Mərkəzdən Youthportal.az-a bildirilib ki, tədbirdə GTM Qarabağ Regional Ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı, Ağcabədi Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi polis mayoru Tural Məlikov, Polis Şöbəsinin təşkilati inspektor qrupunun baş inspektoru polis mayoru Ilqar Cəfərov, ADPU Ağcabədi filialının əməkdaşı Tahir Kərimli, yeniyetmələr, valideyinlər və sosial işçilər  iştirak etmişdir.

Tədbiri Radə Telmanqızı giriş sözü ilə açaraq, bildirib ki, son zamanlar  dünyanın bütün ölkələrində  təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır.  Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban,  ya incidilən şəxs və ya şahid kimi, yəni  həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir  göstərir.

Digər çıxışlarda vurğulandı ki, çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə bilməyi beləcə öyrəndiklərini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər. Eyni zamanda bildirildi ki, Azərbaycanda bullinq əleyhinə heç bir qanun layihəsi işlənib hazırlanmayıb. Bullinq hallarının qarşısının alınması üçün bullinqə geniş izah verə biləcək və profilaktika məqsədilə müəyyən proqramların yaradılmasını tələb edəcək qanun layihəsinin hazırlanması və tətbiq edilməsi məktəblərdə bullinqin qarşısının alınmasına ən böyük yardım göstərmiş olardı. Bullinq şagirdlərin böyümə prosesində ən ciddi problem olub, dərin travma izləri buraxacaq davranışlardan biridir və onun qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələdir.

Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır. Tədbirdə UNİCEF və  Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsi tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılmışdır.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi