Ru
Bakı
USD
EUR
GBP
RUB

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan növbəti “Yay məktəbi” başa çatıb

news photo

06.08.2019 15:59 // Gənclər üçün

Muxtar respublikanın Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin iştirakı ilə təşkil olunan “Yay məktəbi” başa çatıb.

Youthportal.az xəbər verir ki, proqrama uyğun olaraq günə səhər gimnastikası ilə başlayan gənclər bu müddət ərzində “Vətəni tanı”, “Axtar tap”, “Xəmsə” milli intellektual oyunları, müxtəlif stolüstü idman oyunları, futbol, voleybol oynayıblar. Həmçinin onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunub, fotomüsabiqə keçirilib, hər günün sonunda isə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib. Eyni zamanda, gənclər tərəfindən müxtəlif əyləncəli oyunlar və səhnəciklər təşkil olunub.

“Yay məktəbi”nin sonuncu günündə gənclər arasında keçirilən müsabiqə və oyunların qaliblərinə, həmçinin fəal gənclərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim edilib.

Altmış gəncin iştirak etdiyi “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi