Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ağ bığlılar” növbəti dəfə səhnəyə çıxacaq

news photo

15.05.2019 15:51 // Cəmiyyət

Mayın 18-də Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa növbəti dəfə nümayiş ediləcək.

Teatrdan Youthportal.az-a bildirilib ki, Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunacaq səhnə əsərində iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlarından danışılır.

Həmçinin tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli və Elmin Qiyaslı ifa ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Digər xəbərlər

Xəbər lenti

“Adagio” yenidən göstəriləcək

Bakalavrların nəzərinə!

Atəşkəs 21 dəfə pozulub

"Avroviziya-2019"un qalibi məlum oldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi