Ru
Bakı
USD
EUR
GBP
RUB

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

news photo

09.12.2019 13:45 // İdman

Dekabrın 13-də AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Youthportal.az AFFA-ya istinadla xəbər verir ki, iclasın gündəliyinə Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin “Avro 2020”nin seçmə mərhələsi ilə bağlı hesabatı daxildir. Həmçinin Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat, “Klubların lisenziyalaşdırılması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər, “Avro 2020”nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı müzakirələr aparılacaq.

AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması, “Azərbaycan Futbolunun Etik Kodeksi”nin hazırlanmasının müzakirəsi, AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi, “Elit məşq” kitabı ilə bağlı məlumat da iclasın gündəliyində yer alıb.

İclasda AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması, “Qəbələ” klubu ilə bağlı müzakirə və AFFA-nın növbəti konfransının tarixinin müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi