Ru
Bakı
USD
EUR
GBP
RUB

AFFA-nın İcraiyyə Komitəsinə ikinci namizədin adı müəyyənləşib

news photo

23.02.2016 19:47 // İdman

AFFA-nın İcraiyyə Komitəsinə ikinci namizədin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın vitse-prezidenti Rauf Əliyev hazırda yer aldığı İcraiyyə Komitəsinə yenidən namizəd göstərilib.

Onun namizədliyini AZAL klubu irəli sürüb. 4 il əvvəl keçirilən son seçkidə namizədliyi “Neftçi” tərəfindən verilən Əliyev bu dəfə “təyyarəçilər”i təmsil edəcək. Belə ki, sonuncular 2012-ci ildə namizədliyini irəli sürdükləri Kazbek Tuayevdən imtina ediblər.

Məlumatı əməkdaşımızla söhbətində klubun vitse-prezidenti Fikrət Hüseynov da təsdiqləyib: “Doğru məlumatdı. Biz Kazbek Tuayev deyil, Rauf Əliyevin namizədliyini irəli sürməyə qərar vermişik. Bunu fevralın 25-də AFFA-ya rəsmi müraciətdə təsdiqləyəcəyik. Namizədimizi dəyişməyimizin səbəbi isə belə istəməyimizlə bağlıdı”.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi