Ru
Bakı
USD
EUR
GBP
RUB

AFFA U-9 Liqası üzrə turnir keçirəcək

news photo

15.08.2019 16:12 // İdman

2019/2020-ci il mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir – U-9 Liqası əlavə olunacaq.

Youthportal.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, U-9 Liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək. Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə apreldə yekun vurulacaq.

Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək. Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq. Əvəzində, hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər.

Oyunların idarə olunması hər hissədə bir komandanın məşqçisinə həvalə olunacaq.

Liqanın yeni formatda təşkilində məqsəd uşaqların daha çox oyun keçirməsinə, komandaların oyunun nəticəsinə deyil, keyfiyyətinə diqqət ayırmasına nail olmaqdır.

Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə qeydiyyatdan keçmək istəyən komandalar liqalar@affa.az e-mail ünvanına müraciət edə bilər.

Qeydiyyat 18 avqust – 10 sentyabr tarixləri arasında aparılacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi