Ru
Bakı
USD
EUR
GBP
RUB

AFFA rəsmi bəyanat açıqlayıb

news photo

12.09.2019 16:15 // İdman

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ötən gün təsis olunduğunu elan edən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı (AFİHİ) ilə bağlı rəsmi bəyanat yayıb.

Youthportal.az AFFA-ya istinadla xəbər verir ki, bəyanatda deyilir: “Bu təşkilatın adında “AFFA” adından istifadə edilməsinə baxmayaraq, onun AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyəti yoxdur. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”.

Həmin Qanunun eyni maddəsində “işçi” dedikdə “əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür” kimi müddəa yer alıb. Bildirmək istərdik ki, qeyd edilən və özünü həmkarlar ittifaqı təşkilatı adlandıran təşkilatın mətbuatda adları hallandırılan təsisçilərindən heç biri heç vaxt AFFA ilə əmək münasibətlərində olmamışdır. Bunu nəzərə alaraq, “AFFA” adından istifadə etməklə bu cür həmkarlar ittifaqının təsis edilməsi “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi