Ru
Bakı
USD
EUR
GBP
RUB

AFFA Azərbaycan Universitetində təqdimat keçirib (FOTO)

news photo

31.10.2019 11:45 // Gənclər üçün

“Avro 2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcəyi oyunlarla əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə Azərbaycan Universitetinin tələbələri ilə görüşüb.

Universitetdən Youthportal.az-a bildirilib ki, 120-dən çox tələbənin iştirak etdiyi görüşdə “Avro 2020 Bakı Könüllülük Proqramı” haqqında məlumat verilib.

Tədbirdə “Avro 2020 Bakı Könüllülük Proqramı”nın səfiri Taleh Yüzbəyov, proqramın meneceri Yusif Vəliyev və ATV-nin idman proqramlarının aparıcısı Sənan Şəfizadə də iştirak edib. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb, həmçinin könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Görüşdə qeyd olunub ki, AFFA 2019-cu ilin mayında Bakıda ilk dəfə keçirilən UEFA Avropa Liqasının final oyununun yüksək səviyyədə təşkil olunmasında könüllü tələbələrin rolunu yüksək qiymətləndirir. Bununla bağlı olaraq AFFA tərəfindən “Avro 2020” çərçivəsində Bakı şəhərində keçiriləcək oyunların təşkilində 2000 könüllü tələbənin cəlb olunması üçün könüllülük proqramı yaradılıb.

Çıxışlarda könüllülük proqramı və onun ötənilki uğurları haqqında məlumat verilib, Avropa çempionatının tarixi maraqlı faktlarla birlikdə təqdim olunub, eyni zamanda “Avro 2020” ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər nəzərə çatdırılıb. Könüllülük proqramının tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacağı vurğulanıb. Proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçiriləcəyi bildirilib.

Qeyd edək ki, “Avro 2020 Bakı Könüllülük Proqramı”na qeydiyyat noyabrın 29-u saat 23:59-da başa çatacaq. Müraciət etmək istəyənlər UEFA-nın rəsmi portalında (https://applicantportal.enterprise.uefa.com/landing) qeydiyyatdan keçə bilərlər.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi