Ru
Bakı
USD
EUR
GBP
RUB

AFFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün Könüllülük proqramına start verilib

news photo

13.12.2018 12:36 // Gənclər üçün

Dekabrın 13-də AFFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün Könüllülük proqramına start verilib.

Youthportal.az AFFA-nın saytına istinadla xəbər verir ki, bununla əlaqədar ilk tədbir bu gün Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi təqdimatla başlanacaq. Ümumilikdə dekabrın 13-dən 25-dək 12 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və digər qurumlar üçün Könüllülük proqramının təqdimatı təşkil olunacaq.

“Avropa Liqası Final 2019”un təşkilati işlərində 23 sahə və 40-dan artıq funksiya üzrə 1300 könüllü çalışacaq.

Könüllü olmaq istəyən şəxslər ilkin olaraq, bu gündən başlayaraq 2019-cu il yanvarın 31-dək “https://finalbaku2019.az/volunteers” linkinə daxil olaraq müraciət ərizəsini doldurmalıdır. Ərizə formasını doldurmuş şəxslər yanvarın 6–dan fevralın 28-dək “Avropa Liqası Final 2019”un Könüllü komandası tərəfindən müsahibəyə dəvət olunacaq. Seçiləcək könüllülər üçün aprelin 1-dən etibarən təlimlərə start veriləcək. Bir ay müddətini əhatə edəcək təlimlərdən sonra könüllülər final oyununun təşkili ilə bağlı müvafiq şöbələrdə fəaliyyətə başlayacaq.

Könüllülük proqramına qoşulmaq üçün yalnız Azərbaycandan deyil, digər ölkələrdən də müraciətlər qəbul oluna bilər.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi