Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-nun tələbələri Bolqarıstanda gənclər festivalında iştirak ediblər

news photo

10.07.2019 13:07 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) ikinci kurs magistrantı Bəyaz Hüseyn və dördüncü kurs tələbəsi Lalə Rüstəmli Frankofoniya Universitet Agentliyinin dəstəyi, ADU-nun Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Bolqarıstanın Plovdiv şəhərində ənənəvi gənclər festivalında ölkəmizi təmsil ediblər.

ADU-dan Youthportal.az-a bildirilib ki, 17 ölkədən 79 tələbənin iştirak etdiyi tədbirin 4-cü günündə Azərbaycanın təqdimatı olub. Təqdimat zamanı azərbaycanlı tələbələr mətbəximiz, adət-ənənələrimiz və tariximizdən, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən danışaraq milli süfrə açıb və “Nəlbəki” rəqsi ilə çıxış ediblər. Həmçinin festival iştirakçılarına “Yallı” rəqsini öyrədərək onlarla birgə rəqs ediblər.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Atəşkəs 21 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi