Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-nun rektoru Argentina səfiri ilə görüşüb (FOTO)

news photo

18.04.2019 12:46 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

ADU-dan Youthportal.az-a bildiirlib ki, Rektor Kamal Abdulla səfiri universitetdə görməkdən məmnunluğunu ifadə edib. Kamal Abdulla səfirə diplomatik missiyasında uğurlar arzulayıb. Universitet rəhbəri ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb. Rektor Argentina universitetləri ilə əlaqələrin qurulmasında səfirin dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb. Kamal Abdulla iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün universitetlərarası əlaqələrin qurulmasının faydasından danışıb.

Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.

Universitet rəhbəri qonağa ADU-nun professoru Məsməxanım Qazıyeva və dosent Sevinc Zeynalova tərəfindən hazırlanan “Welcome to Azerbaijan” kitabını hədiyyə edib və bildirib ki, nəşrdə Azərbaycan haqqında müfəssəl məlumat verilir.

Səfir səmimi qəbula görə təşəkkürünü bildirib. ADU-da ikinci dəfə olmaqdan şərəf duyduğunu deyən Serxio Osvaldo Perez Qunella diplomatik fəaliyyətinə başladığı müddətdə ilk dəfə olaraq ADU-da çıxış etdiyini qeyd edib. Universitetdə təşkil olunan tədbirlərdə məmnuniyyətlə iştirak edəcəyini deyən qonaq Argentina reallıqlarını çatdırmaq üçün tələbələrlə birbaşa ünsiyyətin vacibliyindən danışıb. Azərbaycanın dinamik inkişafda olan ölkə olduğunu deyən səfir xoş münasibətlə qarşılandığını söyləyib və ölkələrarası oxşarlıqdan bəhs edib. Səfir ADU ilə əməkdaşlıq çərçivəsində böyük işlər görmək və layihələri davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Daha sonra tələbə və müəllim mübadiləsi, səfirliklə universitetin Argentinaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri arasında əlaqələrin qurulması, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi