Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-nun Konfutsi İnstitutunda Çin mədəniyyət ocağına dair kitab çap olunub

news photo

10.01.2019 10:19 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Azərbaycan çinşünaslığı” layihəsi çərçivəsində “Konfutsi İnstitutu” adlı kitab nəşr etdirib.

ADU-dan Youthportal.az-a bildirilib ki, Azərbaycan və Çin dillərində nəşr olunan kitab Konfutsi İnstitutunun maarifçilik, elm və təhsil fəaliyyətinə həsr olunub. Kitabda ADU-nun Konfutsi İnstitutunun yaranma və inkişaf tarixi, ADU və Konfutsi İnstitutunun müəllim, professor heyətinin Çində keçirilən beynəlxalq forumlarda və Dünya Konfutsi institutları konfranslarında iştirakı, eləcə də ADU-nun rektoru akademik Kamal Abdullayevin Çinin aparıcı universitet və elm mərkəzlərinin nümayəndələri ilə Azərbaycan-Çin humanitar əməkdaşlığının genişləndirilməsinə yönəlmiş görüşləri haqqında məlumat verilib. Kitabda Konfutsi İnstitutu tərəfindən keçirilmiş, ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Prezident İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş elmi-tələbə seminarlarının materiallarına xüsusi yer verilib. Həmçinin ADU-nun Konfutsi İnstitutunun tərəfdaşı olan Çinin Huzhou Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfransın seksiya iclasının keçirilməsi vurğulanıb.

Kitabda Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə ayrıca bölmə həsr olunub və burada Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr edilmiş, Prezident İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitabın və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət toplunun təqdimatları haqqında məlumat verilib.

Eyni zamanda, kitabda ADU-nun Konfutsi İnstitutu tərəfindən aparılan Çin dili və Azərbaycan-Çin ədəbi əlaqələri haqqında elmi və metodiki seminarlar, Çin dilində ixtisas imtahanları, ADU-nun tələbələrinin Çin dilində linqvokulturologiya təcrübələrində və beynəlxalq dil müsabiqələrində iştirakı, Azərbaycanda çinli şagirdlər üçün yay düşərgələrinin təşkili ilə bağlı materiallar yer alır. Kitab ADU-nun Konfutsi İnstitutu filiallarının Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, mədəniyyət və incəsənət sahəsinin aparıcı universitetlərində, ictimai təşkilatlarda, Çin tarixində ilk dəfə olaraq, Xuçjou Universitetində Azərbaycan dili və mədəniyyətinin elmi tədqiqat mərkəzində fəaliyyətini əks etdirir. Xüsusilə Çinin siyasi tarixi və fəlsəfəsi, iqtisadiyyat və mədəniyyət sahəsində Azərbaycan-Çin əməkdaşlığı üzrə elmi seminarlar haqqında məlumat verilir. Kitabda ADU-nun Konfutsi İnstitutunun Çində Azərbaycan mədəniyyəti və Azərbaycanda Çin mədəniyyətini təbliğ etmək istiqamətində fəaliyyəti haqqında məlumatlar da var. Bu baxımdan ənənəvi Çin bayramlarının keçirilməsi, Çin sənətçilərinin konsertləri, birgə teatr quruluşu haqqında məlumatları, “Azərbaycan muzeylərində Çin mədəni irsi”, “Çin və Azərbaycan kulinariya sənəti”, “Çin musiqi və teatr incəsənəti”, “Çin ənənəvi təbabəti və gimnastika” və digər yazıları qeyd etmək olar. Kitabın müəllifi, ADU Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovdur.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi