Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU–nun Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzi arasında müqavilə imzalanıb

news photo

07.06.2019 15:46 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilənin əsas məqsədi Azərbaycanla Çin arasında ictimai-siyasi tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi və ictimai təşkilatların ikitərəfli əlaqələrinin inkişafı, təhsil əlaqələrinin intensivləşdirilməsi, birgə proqramlar vasitəsilə Çin təhsilinə dəstək olmaq, o cümlədən mütəxəssislərin mübadiləsi, ictimai və siyasi elmlər sahəsində elmi tədqiqatların aparılması və elmi-praktik konfransların təşkili ilə bağlı araşdırmalar aparmaqdır.

ADU-dan Youthportal.az-a bildirilib ki, tədbirdə Siyası Psixologiya Mərkəzinin rəhbəri, professor Səməd Seyidov rəhbərlik etdiyi qurumun elmi istiqamətləri barədə məlumat verib, Çin fəlsəfəsi, dili, iqtisadiyyatı, mədəniyyətinin ən yüksək səviyyədə təbliğinin tərəfdarı olduğunu söyləyib. O, Prezident İlham Əliyevin II “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq zirvə samitində iştirakını və Çin Xalq Respublikasının dövlət şurasının üzvlərinin və Xarici işlər nazirinin Azərbaycana səfərini iki ölkə arasında əməkdaşlığın inkişafında bariz nümunə kimi qeyd edib.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxua Siyasi Psixologiya Mərkəzində Çin dili tədris mərkəzinin açılışının Çin-Azərbaycan münasibətlərinin inkişafına və Çin-Azərbaycan parlamentlərarası mübadilələrə əvəzolunmaz tövhələr verəcəyini bildirib. O, həmçinin ADU nəzdində Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzinin birgə səyləri nəticəsində böyük sayda Çin dilində danışan diplomatlar, deputatlar və gənc liderlərin yetişdiriləcəyinə inamını vurğulayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, professor Asim Mollazadə Azərbaycan-Çin münasibətlərinin inkişafı istiqamətində Konfutsi İnstitutu ilə Siyasi Psixologiya Mərkəzinin əməkdaşlığının gələcək nəsillərə böyük töhfələr verəcəyini və bu əlaqələrin səmərəli olacağına əminliyini bildirib. Siyasi Psixologiya Mərkəzində Çinlə bağlı tədqiqatların aparılmasından məmnunluğunu bildirən deputat Nəsib Məhəməliyev imzalanan müqavilənin tərəflər arasında səmərəli əməkdaşlığa töhfələr verəcəyini, Azərbaycan gənclərinin çox sürətlə inkişaf edən Çin iqtisadiyyatı, mədəniyyəti, fəlsəfəsi və psixologiyasına marağını artıracağını vurğulayıb.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov elm sahəsində Azərbaycan-Çin münasibətləri haqqında danışaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında elm və texnika sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini vurğulayıb.

Sonra Konfutsi İnstitutunun əməkdaşları çaydəmləmə mərasimi keçiriblər.

Qonaqlara Rafiq Abbasovun Azərbaycan və Çin dilində hazırladığı “Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” kitabı hədiyyə olunub.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi