Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da TKT təlimi sona çatıb

news photo

17.07.2019 16:48 // Təhsil

İyulun 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzində Avrasiya Universitetinin Tərcümə kafedrasının bir qrup ingilis dili müəllimələri və ADU-nun müəllimləri üçün təşkil olunmuş TKT (Teaching Knowledge Test) təlimi yekunlaşıb.

ADU-dan Youthportal.az-a verilən məlumata görə, təlimin sonunda iştirakçılara universitet rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, TKT təlimində iştirakçılar ilk növbədə peşəkar sahədə biliklərini artırırlar. Bu təlim müəllimlik peşəsinə başlayanlar üçün də gərəkli təlimdir, belə ki TKT gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir. Təlimin üstünlüklərindən biri də sonda iştirakçıların beynəlxalq sertifikat əldə etmək imkanıdır.

Onu da əlavə edək ki, Dil və Tərcümə Xidmətləri Mərkəzi daha əvvəl Azərbaycan Dövlət Peqaqoji Universitetinin bir qrup ingilis dili müəllimlərinə də TKT təlimini uğurla keçib.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi