Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da tədbir: “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi”

news photo

25.12.2018 12:00 // Təhsil

Dekabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan Youthportal.az-a bildirilib ki, tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 15 il boyunca ölkəyə layiqincə rəhbərlik etdiyini bildirib. O, dövlətimizin başçısının Azərbaycanı dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdıran siyasətlə idarə etdiyini, doğum gününü hər zaman diqqət və qayğıya ehtiyacı olan insanlarla keçirdiyini deyib.

ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, onun siyasi lider kimi yüksək keyfiyyətlərindən danışıb. O, kollektiv adından dövlət başçısına doğum günü münasibətilə xoş sözlərini və təbriklərini ünvanlayıb.

Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edib. Qeyd edib ki, ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə çevrilib.

Tədbirdə regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva “İlham Əliyevin təhsil siyasəti”, multikulturalizm elmi-tədqiqat laboratoriyasının əməkdaşı Əli Fərhadov “Müasir Azərbaycanda multikultural və torelantlıq siyasəti”, beynəlxalq münasibətlər kafedrasının dosenti Aysel Bağırova “İlham Əliyev siyasəti və Azərbaycanın regional təhlükəsizliyi” və baş müəllim Lamiyə Qasımova “İlham Əliyev şəxsiyyəti və müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının əməkdaşı, “Türkologiya” jurnalının elmi katibi Elçin İbrahimov “İlham Əliyevin Azərbaycan dilinin qorunmasında atdığı addımlar” mövzularında məruzələrlə çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə başa çatıb.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi