Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub

news photo

09.01.2019 12:30 // Təhsil

Yanvarın 9-da Azərbaycan Dillər Universitetində (ADU) qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

Youthportal.az xəbər verir ki, təhsil ekspertləri, KİV və ictimaiyyət nümayəndələri imtahanların gedişini izləyib, ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

Sonra mətbuat konfransı keçirilib. Konfransda universitetin rektoru, akademik Kamal Abdulla qış imtahan sessiyasının təşkili ilə bağlı ətraflı məlumat verib.

Qeyd olunub ki, imtahanlara ayrılmış vaxt 2 saatdan 3 saata uzadılıb. Həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlər görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda, sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədilə tələbə təşkilatlarının nümayəndələrinin imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər nəzərdə tutulur.

ADU-da imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkilinə kömək məqsədilə Operativ Qərargah fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi