Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da Qafqazşünaslıq kafedrası yaradılıb

news photo

04.04.2017 16:27 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 31 mart 2017-ci il tarixli qərarına əsasən, universitetdə Qafqazşünaslıq kafedrası yaradılıb.

ADU-nun İnformasiya Departamentindən verilən məlumata görə, kafedranın yaradılmasında məqsəd Qafqaz regionunun hərtərəfli öyrənilməsi, burada yaşayan xalqların tarixi, mədəniyyəti, etnoqrafiyası, dilləri və s. barədə tədqiqatların aparılmasıdır.

Qeyd edək ki, regionun öyrənilməsinin strateji əhəmiyyətə malik olduğu nəzərə alınaraq, kafedraya Qafqaz regionunu tədqiq edən ən yaxşı alim və mütəxəssislər cəlb ediləcək.

Azərbaycan Dillər Universiteti region üzrə tədqiqat aparan alim və mütəxəssisləri kafedrada işə dəvət edir.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi