Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib (FOTO)

news photo

06.12.2019 10:30 // Təhsil

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin heroqliflərinin biliklərinə dair ÇXR-nın yaranmasının 70 illiyinə həsr olunmuş "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı ənənəvi illik diktant müsabiqəsi keçirilib.

ADU-dan Youthportal.az-a daxil olan məlumata görə, müsabiqənin keçirilməsi formasına və yaradıcı yanaşmasına görə orijinal olan əsas məqsəd Çin dilinin öyrənilməsinə marağın artırılması, Çin heroqliflərinin gözəlliyinin anlaşılması idi.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov iştirakçılara uğurlar arzulayaraq, Çin yazısının Çin mədəniyyətinin əsas sərvətlərindən biri olduğunu və Çin heroqliflərinin düzgün yazılmasının Çin dilinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müsabiqə zamanı maraqlı oyunlar da keçirilib və iştirakçılar Çin dili səviyyələrini nümayiş etdirə biliblər. Tədbirin sonunda münsiflər heyəti müsabiqənin qaliblərinə mükafatlar təqdim ediblər.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi