Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da “İngilis monoloji nitqinin kommunikativ tədrisinin əsasları” kitabı təqdim edilib

news photo

16.10.2019 17:30 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dilinin leksikologiyası və üslubiyyatı və ümumi dilçilik kafedralarının təşkilatçılığı ilə filologiya üzrə elmlər doktoru Əli Səfiyevin “İngilis monoloji nitqinin kommunikativ tədrisinin əsasları” kitabının təqdimatı keçirilib.

ADU-dan Youthportal.az-a bildirilib ki, tədbirdə çıxış edən professor Azad Məmmədov yeni nəşrin monoloji nitqin kommunikativ tədrisi tarixindən, ingilis dili monoloji nitqinin tədrisinin linqvistik, psixoloji, kommunikativ əsaslarından, həmçinin eksperimental tədris və onun nəticələrinin təhlilindən bəhs etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, tədqiqat işi və tədris vəsaiti kimi böyük əhəmiyyət daşıyan nəşrdə mövcud dərslik və dərs vəsaitləri təhlil olunur, monoloji nitqin kommunikativ tədrisi üçün lazım olan dil materiallarının seçilməsinin əsas meyarları, metodiki iş sistemləri, çalışmalar sisteminin rolu müəyyən edilir.

Elm və innovasiya məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova yeni nəşrin əhəmiyyətindən danışıb. Qeyd edib ki, kitab müvafiq sahə üçün çox faydalıdır.

Digər çıxış edənlər də müəllifin elmi-pedaqoji fəaliyyətindən danışıb və monoqrafiya barədə fikirlərini bildiriblər.

news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi