Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da “Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda seminar keçirilib (FOTO)

news photo

18.04.2019 13:50 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasının (ETL) təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda seminar keçirilib.

ADU-dan Youthportal.az-a verilən məlumata görə, seminarda Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov “Nəsimi yaradıcılığında insan konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra Multikulturalizm ETL-nin aparıcı elmi işçisi Afət Musayeva “Azərbaycan ədəbiyyatında sufizm və multikultural ideyalar”, laboratoriyanın kiçik elmi işçisi Turan Kərimli “Qərb ədəbiyyatında sufizm və hürufiliyə baxış”, laboratoriyanın elmi işçisi Əli Fərhadov “Fəzlullah Nəimi və İmadəddin Nəsimi yaradıcılığında multikultural dəyərlər” mövzularında çıxış ediblər.

Seminarda Elmi işlər üzrə prorektor, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova, Filologiya və jurnalistika fakültəsinin tələbələri, həmçinin Bakı Musiqi Akademiyasının müəllim və tələbələri iştirak edib.

Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Adagio” yenidən göstəriləcək

Bakalavrların nəzərinə!

Atəşkəs 21 dəfə pozulub

"Avroviziya-2019"un qalibi məlum oldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi