Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da Holi festivalı keçirilib (FOTO)

news photo

14.03.2019 17:19 // Mədəniyyət

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şri B.Vanlalvavna ilə görüşüb.

Universitetdən YouthPorta-al verilən məlumata görə, rektor K.Abdulla səfiri universitetdə görməkdən şad olduğunu bildirib.

Şri B.Vanlalvavnanı Azərbaycana yeni səfir təyin olunması münasibətilə təbrik edən Kamal Abdulla ona diplomatik missiyasında uğurlar arzulayıb. Hind xalqının qədim, ləyaqətli, dünyanın önəmli xalqlarından biri olduğunu deyən akademik ölkəmizdə Hindistana və millətinə xüsusi məhəbbət bəslənildiyini söyləyib.

Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib. ADU-da Hindi dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açan rektor Hindistan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasını təklif edib. Universitet rəhbəri səfirin köməyi ilə əlaqələrin genişlənəcəyinə inamını ifadə edib. Tələbələrin böyük həvəslə Hindi dili və mədəniyyətini öyrəndiklərini deyən Kamal Abdulla əməkdaşların qarşılıqlı mübadiləsinin səmərəli olacağını qeyd edib. O, qədim dillərdən olan Sanskrit dilinin öyrənilməsi istiqamətində birgə tədqiqatların aparılmasını məqsədəuyğun hesab edib.

Səfir Şri B.Vanlalvavna səmimi qəbula görə minnətdarlığını bildirib. O, Azərbaycanın dünya ölkələri üçün təklif edəcəyi bir çox perspektivlərin olduğunu diqqətə çatdırıb. Ölkədəki görüşlərindən danışan səfir təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğun deyib. Universitetdə Hindi dili və mədəniyyəti mərkəzinin fəaliyyətinin Hinditstanın təbliği istiqamətində mühüm addım olduğun deyib və yaradılan şəraitə görə rektora təşəkkürünü bildirib. Rektor tərəfindən təklif olunan bütün məsələlərə baxılacağını deyən səfir mümkün variantların araşdırılacağını qeyd edib.

Görüşdə təhsil sahəsində ölkələrarası əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.

Görüşdən sonra rektor K.Abdulla və səfir Şri B.Vanlalvavna Hindi dili və mədəniyyəti mərkəzi və “Sanqat” Hindi klubunun birgə təşkilatçılığı ilə keçirilən Holi festivalında iştirak ediblər.

Festivalda tələbələr bayramın tarixi və ənənələri haqqında məlumat veriblər, milli hind rəqsləri ifa ediblər, bayramın simvolu olan holi rəngləri ilə üzlərini boyayıblar. Festivalda həmçinin milli hind mətbəxinin təamlarının dadına baxıblar.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi