Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib

news photo

19.04.2019 12:10 // Təhsil

Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) Filologiya və jurnalistika fakültəsinin Virtual jurnalistika kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib.

ADU-dan Youthportal.az-a bildirilib ki, kafedranın müdiri Nərgiz Qurbanlı Ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmağın, onun fəaliyyəti ilə tələbələri yaxından tanış etməyin mənəvi borc olduğunu söyləyib. O, Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatı ilə təltif olunduğunu deyərək həmin mərasimdə ulu öndərin dediyi sözləri xatırladıb. Heydər Əliyevin Azərbaycana qayıdışından sonra ölkə mətbuatında yeni səhifənin açıldığını deyən kafedra müdiri 1998-ci ildə senzuranın ləğv olunması haqqında danışıb. Senzuranın ləğvinin azad mətbuatın inkişafında mühüm addımlardan biri olduğunu deyən N.Qurbanlı Ümummilli liderin jurnalistlərlə səmimi münasibətindən söz açıb.

Tədbirdə Heydər Əliyevin jurnalistlərlə münasibətini əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Jurnalistika ixtisasında təhsil alan tələbələrin “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və əməkdar jurnalist, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran ilə müsahibələrin video-görüntüləri təqdim olunub.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Heydər Əliyevin Azərbaycan xalqının milli əfsanəsi olduğunu deyib. O, Heydər Əliyevin yalnız siyasi xadim deyil, həmçinin Azərbaycan xalqı üçün dəyər olduğunu söyləyib. Professor ulu öndərin fəaliyyətindən keçən qızıl xətlərdən birinin də onun milli mətbuata, jurnalistikaya verdiyi qiymət olduğunu diqqətə çatdırıb. Ulu öndərin bu sahənin inkişafı istiqamətində xidmətlərindən bəhs edən H.Babaoğlu ölkə jurnalistikasından da söz açıb.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Heydər Əliyevin Azərbaycan elminin, ədəbiyyatının, dilçiliyinin, mətbuatının inkişafındakı misilsiz xidmətlərindən danışıb, müasir jurnalistikanın qarşısında duran vacib məsələlərə toxunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi