Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da "Heydər Əliyev və Azərbaycan məfkurəsi" mövzusunda dəyirmi masa keçirilib

news photo

19.04.2019 13:28 // Cəmiyyət

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Qafqazşünaslıq kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan Youthportal.az-a verilən məlumat görə, fakültənin dekanı dosent İbrahim Kazımbəyli Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar olaraq hazırlanan tədbirlər planı haqqında məlumat verib. Dekan Heydər Əliyevin siyasi sistemdə özünəməxsus, çoxşaxəli fəaliyyəti olan siyasət adamı olduğunu bildirib. O, Heydər Əliyevin siyasi və milli-mənəvi irsinin bir çox istiqamətlərdə öyrənilməsinin mümkünlüyündən danışıb. Heydər Əliyevin uzaqgörən siyasətinin milli məfkurəyə, azərbaycançılıq ideologiyasına söykəndiyini deyən İ.Kazımbəyli ulu öndərin rəhbərliyi ilə milli istiqamətdə görülən işlərdən söz açıb.

Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, kafedranın dosentləri Şəlalə Bağırova “Heydər Əliyevin Milli birlik siyasəti”, Xatirə Hacıyeva “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı”, Qorxmaz Mustafayev “Heydər Əliyev və azərbaycançılıq ideologiyasının formalaşdırılması”, kafedranın müəllimi Aygün Həsənova “Heydər Əliyevin Gənclər siyasəti” mövzularında çıxış ediblər.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi