Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib

news photo

18.10.2019 18:21 // Təhsil

Azərbaycan Dillər Universitetində (ADU) magistratura və doktorantura şöbələrinin təşkilatçılığı ilə “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan Youthportal.az-a bildirilib ki, Magistratura şöbəsinin müdir müavini, dosent Namiq Əsədov Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışından söz açıb. O, Azərbaycan torpaqlarını qorumağın hər bir azərbaycanlının borcu olduğunu deyib. Azərbaycan tərəfinin Dağlıq Qarabağ konfliktini sülh yolu ilə yoluna qoymağın tərəfdarı olduğunu bildirən N.Əsədov haqq səsimizi dünyaya tanıtmalı olduğumuzu diqqətə çatdırıb. Azərbaycan torpaqlarının bütövlüyünün bərpa olunmasında Prezident İlham Əliyevin uğurlu siyasətinin öz nəticəsini göstərəcəyi vurğulanıb.

Dəyirmi masada Beynəlxalq münasibətlər kafedrasının dosenti Emil Qasımov “Azərbaycan diplomatiyasının ermənilər üzərində növbəti qələbəsi”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Prezident İlham Əliyevin çıxışı və tarixi gerçəklik” mövzularında məruzə ilə çıxış ediblər.

Daha sonra ADU-nun İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri, universitetin doktorantı Cavid Zeynallı Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışındakı xüsusi məqamlara toxunub, bu çıxışın Azərbaycan torpaqlarının bütövlüyü uğrunda aparılan danışıqlarda böyük əhəmiyyətindən danışıb.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi