Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da Fridrix Şillerin “Yunan allahları” şeiri əsasında tamaşa nümayiş olunub (FOTO)

news photo

23.05.2019 11:44 // Təhsil

Mayın 22-də Azərbaycan Dillər Universitetində (ADU) alman şairi Fridrix Şillerin “Yunan allahları” şeiri əsasında tamaşa nümayiş olunub.

ADU-dan Youthportal.az-a bildirilib ki, tamaşa universitetin alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə səhnələşdirilib. Tamaşanın ideya müəllifi rektor, akademik Kamal Abdulla, ssenari müəllifi kafedranın müdiri Qahirə Axundova, rejissoru Faiq Mirzə, quruluşçu rəssam və səs effektləri üzrə məsul şəxs kafedranın əməkdaşı Leyla İsmayılzadədir.

Tədbirdə çıxış edən Kamal Abdulla ADU-da təhsil alan tələbələrin istedadlı, yaradıcı gənclər olduğunu söyləyib: “Tamaşa olduqca maraqlı, təsirli, dolğun alınıb. Bütün tələbələrə yaradıcı işlərində uğurlar arzu edirəm. Mən Fridrix Şillerin “Yunan allahları” şeirini çox sevirəm. Bu, əslində qəmgin əsərdir. Tamaşanın sonluğu çox gözəl tapılıb, quruluşu yaxşı alınıb. Bu tamaşanın digər universitetlərin səhnələrində göstərilməsini də təklif edəcəyəm”.

Tamaşanın rejissoru Faiq Mirzə universitetə və tələbələrə fəaliyyətlərində uğurlar arzulayıb. O, akademik Kamal Abdullanın gəncləri Fridrix Şillerin yaradıcılığı ilə tanış etmək istiqamətində həyata keçirdiyi təşəbbüsünü yüksək qiymətləndirib.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi