Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da Çin Yeni ili qeyd olunub

news photo

23.01.2020 10:19 // Təhsil

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda institutun əməkdaşları və tələbələrinin iştirakı ilə Çin Bahar bayramı münasibəti ilə təşkil olunmuş “Çin Yeni ili ADU-da” adlı tədbir keçirilib.

Youthportal.az-a ADU-nun mətbuat xidmətindən verilən məlumata əsasən, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin milli adət-ənənələrinin dünya irsinin əsas elementi kimi qorunduğunu qeyd edərək, ADU və Çin universitetləri arasında tələbə və müəllim mübadiləsinin genişliyi və iki ölkə arasında həm siyasi, həm də iqtisadi əməkdaşlıq sahəsində seminarların, elmi tədqiqatların uğurla davam etdirilməsindən bəhs edib.

R. Abbasov həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə distant Çin dili kursları üzrə dərslərə başlanılmasına toxunaraq, qonaqlara 2019-cu il ərzində Konfutsi İnstitutunun təhsil sahəsində həyata keçirdiyi aktiv fəaliyyətindən danışıb. O, Yeni ilin qarşılanması münasibəti ilə Azərbaycan Milli Xalça Muzeyində Çinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlərdə Konfutsi İnstitutu kollektivinin iştirak etdiyini qeyd edib.

Tədbirdə çıxış edən Çinin ölkəmizdəki səfirliyinin hərbi atteşesi cənab Can və ADU-nun Tədris İşləri üzrə prorektoru Sevinc Zeynalova Konfutsi İnstitutunun aktiv fəaliyyətindən qürurla danışaraq, Konfutsi İnstitutu timsalında Çin xalqını Yeni il münasibəti ilə ürəkdən təbrik ediblər. Tədbir ADU və Konfutsi İnstitutu tələbələrinin rəngarəng çıxışları ilə davam edib. Proqramda ənənəvi və müasir Çin mahnı və rəqsləri, Çin döyüş sənəti, milli alətlərlərin müşayəti ilə xalq musiqiləri, Pekin operası, Çin ənənəvi xalq oyunları və maraqlı müsabiqələr yer alıb.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi