Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da “Bir günlük xəlifə”lərin verdiyi bütün qərarlar qəbul edilib (FOTO)

news photo

21.12.2018 12:34 // Təhsil

Azərbaycan Dillər Universitetində Elmi Şuranın növbədənkənar və genişləndirilmiş iclası keçirilib. İclasda “Bir günlük xəlifə”lərin verdikləri qərarlar müzakirə olunub.

Universitetdən Youthportal.az-a verilən məlumata görə, rektor akademik Kamal Abdulla layihənin mahiyyətindən danışıb və hər kəsə təşəkkürünü bildirib: “Layihənin uğurla keçirilməsi tələbə-müəllim münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin göstəricisi, tələbələrin fəallığı ictimai şüurun yüksək səviyyəsinin bariz nümunəsidir. Tələbələrin vətəndaş kimi yetişməsində ailə ilə yanaşı Azərbaycan Dillər Universitetinin də rolu var. Biz bu istiqamətlə əlimizdən gələni edirik. “Bir günlük xəlifə” layihəsi də bu istiqamətdə atılan son dərəcə mühüm addımlardan biridir”.

Daha sonra xəlifə-rektor Salman Quliyev iclasda hesabat verib, verdikləri qəraları səsləndirib. O, qeyd edib ki, vəzifə kənardan göründüyü kimi asan deyil, onun ağırlığını və məsuliyyətini ancaq həmin vəzifənin icraçısı olan zaman anlamaq olar.

Sonda xəlfələrin bütün qərarları müzakirə olunub və Elmi Şura tərəfindən təsdiqlənib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi