Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU-da Azərbaycan-Çin yay düşərgəsi fəaliyyətə başlayıb (FOTO)

news photo

09.07.2019 13:47 // Təhsil

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin Huzhou Universitetinin tələbələri üçün Azərbaycan-Çin yay düşərgəsinin açılışı olub. Builki ənənəvi hadisə “Bir kəmər, bir yol” mədəni səyahət şüarı altında keçirilir.

ADU-dan Youthportal.az-a bildirilib ki, düşərgənin məqsədi xarici dillərin öyrənilməsi, Azərbaycan mədəniyyəti və ənənələri ilə tanışlıqla yanaşı, iki universitetin tələbələrini müxtəlif tədbirlərdə və müsabiqələrdə özünü sınamaq, yeni dostlar tapmaq imkanı ilə təmin etməkdir. Düşərgə iştirakçıları üçün Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyalar, eləcə də mədəni-əyləncəli tədbirlər təşkil olunur.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın Çin və Avropa arasındakı mühüm tranzit rolu və transxəzər beynəlxalq nəqliyyat marşrutunun yaradılmasından danışaraq, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova düşərgənin çinli tələbələrə Azərbaycanın qədim tarixi və mədəniyyəti haqqında məlumat verəcəyinə ümidvar olduğunu bildirib.

Huzhou Universitetinin Rəssamlıq fakültəsinin katibi Qing Vey və müəllim Cheng Chenglin Azərbaycanla Çin arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Çinli tələbələrin rəhbərləri onlara ölkəmizin nadir mədəni irsi ilə tanış olmaq imkanı verdiyinə görə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya təşəkkür ediblər.

Onlar, həmçinin düşərgənin təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə, ADU-nun Konfutsi İnstitutu ilə Huzhou Universitetinin tələbə mübadiləsinə kömək göstərəcəyinə ümid etdiklərini bildiriblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi