Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU və Ural Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTOT)

news photo

11.09.2019 15:49 // Təhsil

Sentyabrın 11-də Bakı Biznes Mərkəzində Azərbaycan Dillər Universiteti (ADU) ilə Boris Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Universitetdən Youthportal.az-a bildirilib ki, Müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, bərabərlik, qarşılıqlı fayda əldə edilməsi, qarşılıqlı anlaşma, hörmət və etibar prinsipləri əsasında yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişafı, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla tərəflər arasında imzalanmış müqaviləni yüksək qiymətləndirib. Rektor gələcəkdə bir çox birgə layihələrin həyata keçiriləcəyinə, tələbə mübadiləsinin reallaşacağına ümidvar olduğunu deyib.

Ural Federal Universitetinin rektoru Viktor Kokşarov  əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib, birgə fəaliyyətin faydalı olacağına əminliyini bildirib.

Sonra Ural Federal Universitetinin əməkdaşları Azərbaycan Dillər Universitetində olublar. Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla birgə əməkdaşlığın əlamətdar hadisə olduğunu vurğulayıb. Tərəflər arasında bağlanan müqavilənin həm müəllimlərin, həm də tələbələrin gələcək inkişafında əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb.

Kamal Abdulla Ural Federal Universitetinin müasir ali təhsil ocağı olduğunu, beynəlxalq əlaqələrdə çoxşaxəli sferalara malik olduğunu bildirərək, sözlərinə əlavə edib ki, qarşılıqlı elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi həm Azərbaycan Dillər Universiteti üçün, həm də Azərbaycan təhsili üçün geniş imkanların yaranması deməkdir.

 

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 22 dəfə pozulub

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi