Ru
Bakı
USD
EUR
GBP
RUB

ADU Azərbaycan-Çin əlaqələrinin inkişafına töhfə verir (FOTO)

news photo

08.05.2019 11:24 // Təhsil

Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Cənubi Qafqaz və Xəzəryanı regionu üzrə “Çin gəncləri” inzibati bölməsinin rəhbəri Xue Yibo ilə görüş keçirilib.

ADU-dan Youthportal.az-a verilən məlumata görə, görüşdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəhbərlik etdiyi qurumun ictimai fəaliyyəti, həmçinin tarixi İpək Yolunun tərəqqisi üzrə “Bir kəmər və bir yol” qlobal Çin layihəsinin həyata keçirilməsi zamanı aparılan araşdırmalar haqqında məlumat verib. O, qonağı Konfutsi İnstitutunda ümummilli lider Heydər Əliyev və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan ilə Çin arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı istiqamətində fəaliyyəti üzrə informasiya bazası ilə tanış edib.

R.Abbasov Çin dili kursu, mədəni tədbirlərin, elmi tələbə seminarlarının, həmçinin KİV sahəsində gənclər siyasətinə və Azərbaycan-Çin əməkdaşlığına həsr edilən toplantıların keçirilməsi barədə danışıb.

ADU ilə tanışlıqdan məmnunluğunu bildirən Xue Konfutsi İnstitutunun Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti, müasir həyatı ilə məlumatlandırması baxımından fəaliyyətini yüksək dəyərləndirib.

Vurğulanıb ki, institut Azərbaycan və Çin xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verir.

Görüşdə, həmçinin gənclər siyasəti sahəsində iki ölkə arasında informasiya əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi