Ru
Bakı
USD
EUR
GBP
RUB

ADTGT sədr müavini Beynəlxalq Gənc Siyasətçilər Forumunda iştirak edəcək

news photo

27.11.2019 10:33 // Gənclər üçün

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədr müavini Gülnarə Bağırova 27-30 noyabr tarixlərində Rusiya Federasiyası Kareliya Respublikasının mərkəzi Petrozavodsk şəhərində keçiriləcək 7-ci Beynəlxalq Gənc Siyasətçilər Forumunda iştirak etmək üçün bu gün qonşu ölkəyə yola düşmüşdür.

Ictimai birlikdən Youthportal.az-a bildirilib ki, Mən siyasi investoram” sloqanı altında keçirilən forumun əsas məqsədi və missiyası gənclər siyasəti işini gücləndirməklə gənclərin inkişafına, imkanlarının artırılmasına və onların qərar qəbuletmə və icraçılıqda rolunun yüksəldilməsinə dəstək verməkdir. Beynəlxalq tədbirin əsas təşkilatçıları kimi Rusiya Federasiyasının Gənclər Parlamenti, Kareliya Respublikası Qanunverici Məclisi, Təhsil Nazirliyi, hakim “Vahid Rusiya” Partiyasının regional təşkilatı və Kareliya regional Gənclər Mərkəzi çıxış edir.

3 gün davam edəcək Forumun işinə 90-a yaxın gənc siyasətçi, gənclər təşkilatı liderləri, gənc deputatlar, yerli özünüidarəetmə orqanlarının gənc üzvləri və bu sahə üzrə ekspertlər qatılacaq və onlar müxtəlif panellər üzrə müzakirə və tədbirlərdə iştirak edəcəklər.

Noyabrın 28-də Kareliya Qanunverici Məclisində keçiriləcək panel müzakirədə əsas spikerlərdən biri kimi ADTGT sədr müavini Gülnarə Bağırova “Azərbaycanda gənclər siyasəti” mövzusunda məruzə təqdimatla çıxış edəcək və Forum iştirakçılarını maraqlandıran sualları cavablandıracaqdır.

ADTGT təmsilçisinin “Azərbaycan gənci: o necədir?” adlı növbəti çıxışı “Smena” Beynəlxalq Gənclər Mərkəzində Petrozavodsk Dövlət Universitetinin tələbələri və Kareliyada yaşayan yerli xalqların mədəni icmalarının təmsilçiləri qarşısında olacaqdır.

Səfər çərçivəsində Gülnarə Bağırovanın Rusiya Federasiya Şurasının üzvü İqor Zubarevlə, Dövlət Dumasının deputatı Valentina Pivnenko, Kareliya Respublikası Qanunverici Məclisinin sədri Elissan Şandaloviçlə və digər rəsmi şəxslərlə və gənclərlə işləyən qurumların rəhbərləri ilə görüşləri və perspektiv əməkdaşlıq müzakirələri nəzərdə tutulur. 

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi