Ru
Bakı
USD
EUR
GBP
RUB

ADPU-nun Quba Filialında yeni qəbul olunan tələbələrin qeydiyyatı davam edir (FOTO)

news photo

21.08.2019 12:29 // Təhsil

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında yeni qəbul olunmuş tələbələrin qeydiyyatı davam edir. 15 avqustdan başlayan qeydiyyat avqustun 27-də başa çatacaq.

Youthportal.az xəbər verir ki, filialda I tədris ilinə qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması məqsədilə Sənəd Qəbulu Komissiyası yaradılıb. Komissiyanın məsul katibi filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevadır. Komissiya şənbə və bazar günlərindən başqa, hər gün səhər saat 9:00-dan 17:00-dək fəaliyyət göstərir, tələbələrin təqdim etdikləri sənədlərin düzgünlüyünə nəzarət edir, müvafiq prosedur işləri həyata keçirir.

Tələbələrin qeydiyyatı zamanı filialla tələbələr arasında ikitərəfli müqavilə imzalanır, müqavilənin məzmunu və mahiyyəti onlara və valideynlərə izah edilir. 

Təhsil Nazirliyinin Kollegiyasının qərarına uyğun olaraq, filialın müvafiq ixtisasına ödənişli əsaslarla qəbul olunan və maddi cəhətdən çətinliyi olan tələbələrə təhsil haqqını yarımilliklər üzrə ödəməyə imkan yaradılır. 

Qeyd edək ki, cari tədris ilində filiala altı ixtisas üzrə 210 nəfər tələbənin qəbulu planlaşdırılıb.

1. Aliyə Hümmət qızı Əliyeva –“Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası, 602 bal

2. Fidan Vüqar qızı Mirzəməmmədova – “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası, 589 bal

3. Aydan Vüqar qızı Mirzəməmmədova – “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası, 581 bal

4. Almas Elbrus qızı Səmədova -“Riyaziyyat və informatika müəllimliyi” ixtisası, 553 bal

5. Jalə Kamil qızı Zeynalova -“Riyaziyyat və informatika müəllimliyi” ixtisası, 550 bal

6. Qürbətova Alimə Əfqanovna- “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası, 536 bal

 

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi