Ru
Bakı
USD
EUR
GBP
RUB

ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub

news photo

17.09.2019 14:12 // Təhsil

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-2020-ci tədris ilində ali təhsilin magistratura səviyyəsinə qəbul olunan magistrantlarla görüş keçirilib.

ADPU-dan Youthportal.az-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov bu ali məktəbdə uğurla həyata keçirilən təhsil islahatları barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2019-2020-ci tədris ilində ADPU-nun magistratura səviyyəsinə 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul olunub.

Rektor son illər universitetin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, ADPU həm də bir çox xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq müqavilələri bağlayıb.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, professor İramin İsayev universitetdə görülən işləri müsbət qiymətləndiriblər.

Sonra Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov kredit sistemi ilə tədrisin təşkili, magistratura səviyyəsində qiymətləndirmə və təqaüd verilməsi qaydaları barədə məlumat verib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi