Ru
Bakı
USD
EUR
GBP
RUB

ADPU-nun əməkdaşları İspaniyada təlimdə iştirak ediblər (FOTO)

news photo

13.06.2019 13:10 // Təhsil

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları bu ali məktəbin tərəfdaşlarından biri olduğu “Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində İspaniyada təlimdə iştirak ediblər.

ADPU-da Youthportal.az-a bildirilib ki, təlim Avropa İttifaqının “Erasmus+” proqramı üzrə Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən EQAC layihəsi çərçivəsində təşkil olunub.

Layihədə Təhsil Nazirliyi, ölkəmizin 11 ali təhsil müəssisəsi və Avropadan 5 tərəfdaş müəssisə iştirak edib.

Tədbirdə xarici ekpertlər tərəfindən təhsildə keyfiyyətin təmin olunması siyasəti və alətlər, müxtəlif sorğuların aparılmasının əhəmiyyəti, tədris və idarəetmənin keyfiyyətinin qiymətləndirilməsi, ali təhsildə keyfiyyətin təminatı ilə bağlı beynəlxalq təcrübə, standartlar və s. haqqında təqdimatlar olub.

Təlimin ilk günündə Azərbaycan universitetlərinin hər biri özünütəhlil hesabatlarını təqdimat şəklində nümayiş etdirib.

Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə standartlar və qaydalara müvafiq olaraq hazırlanmış hesabatlar ekspertlər tərəfindən dəyərləndirilib, tövsiyələr verilib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi