Ru
Bakı
USD
EUR
GBP
RUB

ADPU-nun əməkdaşı “Böyük Çin səddi” təqaüd proqramının qalibi oldu

news photo

12.09.2019 11:33 // Təhsil

UNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb. Proqram üzrə Azərbaycandan bir vətəndaşın namizədliyi təsdiqlənib. Qalib namizəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Sahil Qələndərovdur.

ADPU-dan Youthportal.az-a bildirilib ki, Sahil Qələndərovun Şansi Pedaqoji Universitetində Çin dili hazırlıq mərhələsini keçdikdən sonra magistratura üzrə kurikulum və metodologiya ixtisasında təhsil alması nəzərdə tutulur.

Qeyd edək ki, təqaüd proqramı çərçivəsində tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə UNESKO tərəfindən ödəniləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi