Ru
Bakı
USD
EUR
GBP
RUB

ADPU-da tədbir: “Kitab bilik mənbəyidir” (FOTO)

news photo

24.04.2019 09:47 // Təhsil

Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Oxu günü” çərçivəsində “Kitab bilik mənbəyidir” mövzusunda tədbir keçirilib. Tədbir Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilib.

ADPU-dan Youthportal.az-a bildirilib ki, Kitabxana-İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı təhsil naziri Ceyhun Bayramovun “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzaladığını diqqətə çatdırıb. Qeyd edib ki, 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günü kimi təsdiqlənib. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu 1996-cı il oktyabrın 8-dən qüvvədədir. Azərbaycanın bugünkü müəllif hüquqları müasir informasiya, ilk növbədə, rəqəmsal texnologiya və multimedia kompüter sisteminə əsaslanır. Bu gün rəqəmsal mühitin dünyada bir çox dəyişikliklərə səbəb olmasına baxmayaraq, kitab yenə də öz əhəmiyyətini qoruyub saxlayır.

Tədbirdə çıxış edən Kitabxana-İnformasiya Mərkəzinin şöbə müdiri Nüşabə Əmirəliyeva, professor Zahid Xəlil, dosent Füzuli Əsgərli, Əməkdar mədəniyyət işçisi Qəşəm İsabəyli tələbələrə mütaliə etməyi, biliklərini artırmağı, dünyagörüşlərini zənginləşdirməyi tövsiyə ediblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi