Ru
Bakı
USD
EUR
GBP
RUB

ADPU-da “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qaliblərin konserti keçirilib (FOTO)

news photo

06.05.2019 13:06 // Təhsil

Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və ADPU-nun birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş və Azərbaycanda ilk dəfə “Musiqi müəllimliyi” ixtisası üzrə keçirilən “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qaliblərin konserti keçirilib.

Tədbirdə ADPU-nun və ADMİU-nun rəhbərliyi, müəllimləri və tələbələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

​Tədbirdə Münsiflər Heyəti tərəfindən ADPU-nun və ADMİU-nun müsabiqənin iştirakçısı olan 41 nəfər tələbəsinə sertifikatlar təqdim edilib. Müsabiqədə fərqlənən iştirakçılara isə həvəsləndirici mükafatlar və diplomlar verilib.

Konsertdə ADMİU-nun tələbəsi Aydan Tağıyeva Qara Qarayevin “İnsan məskən salır”kinofilmindən musiqi parçasını, ADPU-nun tələbələri Aygün Ağayeva, İsa Adıgözəlov Montinin “Çardaş” əsərini, ADPU-nun tələbələri Aygün Abaszadə, Ləman Ağazadə Emin Sabitoğlunun “Uzaq yaşıl ada”mahnısını, ADMİU-nun tələbələri Aysel Şirinova, Leyla Qasımova Q.Sviridovun “Vals” əsərini, ADPU-nun tələbələri Leyla Həsənli, Etibar İsmayılov zərb muğamı olan “Heyratı”nı, ADPU-nun tələbəsi Çinarə Quliyeva Qara Qarayevin “Prelyüd N 7” əsərini, ADMİU-nun tələbəsi İlahə Abbaszadə və Azərbaycan Milli Konservatoriyasının tələbəsi Elşən Məmmədov E.Kurtisanın “Non Ti Seordar Di Me” əsərini, ADMİU-nun tələbələri Leyla Əliyeva, Sevinc Rzayeva Polad Bülbüloğlunun “Döyüşçülərin rəqsi” əsərini, ADPU-nun tələbəsi Lalə Ağayeva Cövdət Hacıyevin “Ballada”sını, ADPU-nun Musiqi və onun tədrisi metodikası kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli və tələbəsi Məxfirət Hüseynova Uitni Hyustonun “Mən həmişə səni sevəcəyəm” mahnısını, ADMİU-nun tələbələri Leyla Aslanova, Fidan Məmmədzadə A.Piazollanın “Libertango”sunu, bədii rəhbəri dosent Təranə Yusifova olan ADMİU-nun Vokal ansamblı Qara Qarayevin “Gənclik mahnısı”nı ifa ediblər.

Qeyd edək ki, “Müəllim-tələbə” nominasiyası üzrə ADPU-nun tələbəsi Məxfirət Hüseynova və müəllimi, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli I yerə, “Solo” nominasiyası üzrə ADPU-nun tələbələri Lalə Ağayeva və Leyla Həsənli I yerə, “Duet” nominasiyası üzrə ADPU-nun tələbələri Leyla Həsənli və Etibar İsmayılov I yerə, ADPU-nun tələbəsi Çinarə Quliyeva isə Qran-priyə layiq görülüblər.

Konsert hamıda yüksək əhvali-ruhiyyə yaradıb.

Biz də tələbələrimizi bu münasibətlə ürəkdən təbrik edir, onlara təhsildə və yaradıcılıqda yeni- yeni uğurlar arzulayırıq.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi