Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

news photo

22.05.2019 10:57 // İdman

Ukraynanın Odessa şəhərində karatenin Goju-Ryu növü üzrə dünya çempionatı keçirilib.

Yarışda Azərbaycan yığma komandasının tərkibində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) informasiya texnologiyaları və idarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Ayxan Məişzadə də iştirak edib.

ADNSU-dan Youthportal.az-a bildiriblər ki, 52+ kiloqram çəki dərəcəsində çıxış edən Ayxan Məişzadə bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Otuz nəfərə yaxın idmançımızın iştirak etdiyi turnirdə ümumilikdə 8 qızıl, 5 gümüş, 7 bürünc medal qazanılıb.

Qeyd edək ki, 5 yaşından karate ilə məşğul olan Ayxan Məişzadə indiyədək bir çox respublika və beynəlxalq səviyyəli turnirlərdə uğurla çıxış edib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi