Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU-nun tələbəsi “İT-Universe-2017” beynəlxalq yarışının qalibi olub

news photo

09.06.2017 17:13 // Bizim istedadlar

İyunun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Ukraynada keçirilən “İT – Universe-2017” beynəlxalq yarışının qalibi olan ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsinin IV kurs tələbəsi Soltanağa Hüseynov ilə görüşü olub.

ADNSU-dan bildiriblər ki, görüşdə İT-in müxtəlif sahələrində ən son proqramlaşdırma üsullarından bəhs edilib.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən M.Babanlı, eyni zamanda, “1 C – proqramlaşdırma” yarışında finala çıxmış 10 ölkə iştirakçısı arasından məhz ADNSU-nun tələbəsinin qalib olmasının böyük qürur hissləri doğurduğunu vurğulayıb.

Qeyd edək ki, Ukraynada keçirilən “İT-Universe-2017” yarışında birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Ukraynadan olan iştirakçı tutub.

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi