Ru
Bakı
USD
EUR
GBP
RUB

ADNSU-nun neft-mexanika fakültəsi “Azərsu” ilə əməkdaşlıq edəcək

news photo

21.12.2018 14:10 // Təhsil

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-mexanika fakültəsində təhsilin inkişafı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə müxtəlif layihələr, gündəlik təcrübə proqramı həyata keçirilir, uğurlu nəticələr əldə edilir.

Bu barədə Youthportal.az-a fakültənin dekanı, dosent Əli Hikmət Əhmədov məlumat verib. Dekan qeyd edib ki, hazırda gündəlik təcrübə proqramı çərçivəsində fakültənin 12 tələbəsi “Metak” şirkətində təcrübəyə cəlb olunub. Tələbələr, həmçinin “Weir Oil and Gas” şirkətində, “BOS Şelf” MMC-də təcrübə keçəcəklər.

Müəssisə və şirkətlərlə əlaqələrdən danışan dekan bildirib ki, dekabrın 18-də fakültənin professor və müəllim heyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) olub. “Azərsu” ASC-nin sədrinin müşaviri Çingiz Abdullayevlə görüşdə əməkdaşlıq, o cümlədən 2018-2019-cu tədris ilinin yaz semestrində tələbələrin “Azərsu” da təcrübə keçmələri barədə razılıq əldə edilib.

Əli Hikmət Əhmədov bildirib ki, 2018-2019-cu tədris ilində fakültənin bakalavriat səviyyəsində 1124, magistratura səviyyəsində isə 63 tələbə təhsil alır. Universitetin Lazer Mərkəzi uğurla fəaliyyət göstərir. Lazer Mərkəzinin fəaliyyəti elmi tədqiqatların inkişafına, yüksəkixtisaslı elmi-pedaqoji kadrların və sənayenin müxtəlif sahələri üçün mühəndislərin hazırlanmasına öz töhfəsini verir. Fakültənin təkrar emal və bərpa texnologiyası mühəndisliyi ixtisasının tədris planına mərkəzin fəaliyyətinə uyğun yeni fənlər (lazer fizikası, neft maşınqayırma avadanlıqlarının lazer texnologiyası ilə bərpası, lazer texnologiyası, istehsalat təcrübəsi) daxil edilib. Həmin fənlərin tədris proqramları Almaniyanın müvafiq ixtisaslarının tədris metodikasına uyğun tərtib edilib. Bu proqram sənaye müəssisələri üçün kadr potensialının yaradılmasına imkan yaradacaq. Bundan əlavə, dövlət və özəl müəssisələrdə çalışan mütəxəssislər “dəvətli professor” layihəsi çərçivəsində fakültəyə dəvət olunurlar.

Dekan bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin müxtəlif şirkətlərin elan etdikləri təqaüd proqramlarında fəal iştirak etdiklərini bildirib. Qeyd edib ki, tələbələrdən iki nəfəri SOCAR-ın təqaüd proqramına, digər iki nəfəri isə KCA Deutag təqaüdünə layiq görülüb. Professor və müəllim heyətinin elmimetrik göstəriciləri də yüksək olub. Onlar elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” təşkilatının “Web of Science” məlumat bazasında 14, “Scopus”da isə 3 elmi məqalə dərc etdiriblər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi